We use a few cookies

Essential cookies keep the library working. With your permission, we'd also like to use analytics to see what's useful and improve the experience. Read our Privacy Policy or Cookie Policy.

Skip to main content
Home/e-Resources/Computer Science & Information Technology/NEFT-QAZ SƏNAYESİ ÜÇÜN RƏQƏMSAL ƏKİZLƏRİN KONSEPTUAL MODELİ
PeriodicalsComputer Science & Information Technology

NEFT-QAZ SƏNAYESİ ÜÇÜN RƏQƏMSAL ƏKİZLƏRİN KONSEPTUAL MODELİ

Checking your access to this record.

Abstract & Overview

Neft-qaz şirkətləri karbohidrogen ehtiyatlarının strukturunun pisləşməsi, enerji resurslarının qiymətinin dəyişkənliyi və kəskin ucuzlaşması şəraitində rəqabət üstünlüyünü qorumaq üçün Sənaye 4.0 texnologiyalarının tətbiqinə ümid edirlər.Sənaye 4.0 yanaşması əsasında yaradılan "Neft və qaz 4.0" konsepsiyası da son 2-3 ildə şirkətlərin gündəliyindədir."Neft və qaz 4.0" hələlik ilkin mərhələdədir və onun baza texnolgiyalarından biri kimi rəqəmsal əkiz texnologiyası böyük diqqət çəksə də, onun neft və qaz əməliyyatlarına dəyər əlavə etmək üçün necə istifadə edilə biləcəyi ilə bağlı bir sıra anlaşılmazlıqlar qalmaqdadır.Rəqəmsal əkizreal fiziki obyektin (mədənin, quyunun, avadanlığın və ya infrastruktur elementinin), məhsulun və ya prosesin virtual prototipidir, onun əsas mahiyyəti rəqəmsal verilənlərin toplanması və fiziki obyektin monitorinqi, idarə edilməsi və qəbul edilmiş qərarların optimallaşdırılması üçün istifadəsindən ibarətdir.Rəqəmsal əkizlərin bir sıra sənaye sahələrində uğurla tətbiq edilməsinə baxmayaraq, neft-qaz sənayesi bu texnologiyanı yalnız indi mənimsəməyə başlayır və bununla bağlı bir sıra məsələlərin həlli aktuallaşır.Bu işin məqsədi neft-qaz sənayesi üçün rəqəmsal əkiz modelinin qurulması problemlərinin analizi və rəqəmsal əkizlər üçün ümumiləşdirilmiş konseptual modelin işlənməsidir.Neft-qaz sənayesində rəqəmsal əkizlərin tətbiqi informasiya texnologiyalarının və əməliyyat texnologiyalarının inteqrasiyası məsələsi kimi analiz edilir.Rəqəmsal əkizin təklif edilmiş modelinə daxil olan verilənlərin menecmenti sistemi, virtual obyekt və vizuallaşdırma sisteminin komponentləri ətraflı təsvir olunur.Verilənlərin, proseslərin və virtual obyektə daxil olan modellərin idarə edilməsi üçün mərkəzləşdirilmiş sistemlər istifadə edilir.Modellər maşın təlimi vasitəsilə öyrədilir, həmçinin ekspertlərin və oxşar rəqəmsal əkizlərin biliklərindən də yararlana bilərlər. Açar sözlər: neft-qaz sənayesi,

Cite this record

Yadigar İmamverdiyev (2020). NEFT-QAZ SƏNAYESİ ÜÇÜN RƏQƏMSAL ƏKİZLƏRİN KONSEPTUAL MODELİ. Problems of Information Technology, 11(2), 41–51. https://doi.org/10.25045/jpit.v11.i2.04

Copy in another style

İmamverdiyev, Y. (2020). NEFT-QAZ SƏNAYESİ ÜÇÜN RƏQƏMSAL ƏKİZLƏRİN KONSEPTUAL MODELİ. Problems of Information Technology, 11(2), 41–51. https://doi.org/10.25045/jpit.v11.i2.04
Author names are used as deposited, so check their order before you submit.

Metadata is harvested from open-access indexes and can be incomplete. Check a citation against the published version before relying on it — see our open access & attribution policy.