We use a few cookies

Essential cookies keep the library working. With your permission, we'd also like to use analytics to see what's useful and improve the experience. Read our Privacy Policy or Cookie Policy.

Skip to main content
Home/e-Resources/Computer Science & Information Technology/SENTİMENT ANALİZ: PROBLEMLƏRİ VƏ HƏLLİ YOLLARI
PeriodicalsComputer Science & Information Technology

SENTİMENT ANALİZ: PROBLEMLƏRİ VƏ HƏLLİ YOLLARI

Checking your access to this record.

Abstract & Overview

Sentiment analiz və ya rəylərin intellektual analizi məhsullar, xidmətlər, təşkilatlar, fərdlər, problemlər, hadisələr, mövzular və onların xüsusiyyətləri kimi obyektləri araşdıran insanların fikirlərini, hisslərini, duyğularını, qiymətləndirmələrini və münasibətlərini təhlil edən tədqiqat sahəsidir.,Sentiment analizin inkişafi sosial şəbəkələrdə, forumlarda, bloqlarda, mikrobloqlarda aparilan geniş müzakirələr və s. generasiya edilən böyük həcmdə rəqəmsal verilənlərin yaranmasi ilə bağlidir.Son illər sentiment analiz təbii dilin emalı, verilənlərin intellektual analizi, mətnlərin analizi və informasiya axtarışı kimi sahələrdə geniş tədqiqat obyektinə çevrilmişdir.O, bütövlükdə cəmiyyətin bütün sahələrində, o cümlədən marketinq, maliyyə, politologiya, sosial elmlər, tibb elmləri və s. geniş yayılmışdır.Bu populyarlıq rəylərin praktiki olaraq insan fəaliyyətinin bütün istiqamətlərində həlledici əhəmiyyətə malik olması və insanların davranışlarına təsir edən əsas faktor olması ilə bağlıdır.Sosial şəbəkələr, bloqlar, forumlar və digər rəy mənbələrində yayımlanan yüz minlərlə fikir mətnlərinin adi üsullarla analiz oluna bilməməsi kompüter linqvistikası, sentiment analiz və ya rəylərin, fikirlərin çıxarılması sistemlərinin istifadəsini zəruri etmişdir.Məqalədə sentiment analizin tarixi və terminoloji aspektlərinə baxılmış, informasiya mənbələri, tətbiq sahələri haqqında məlumat verilmişdir.İşdə, həmçinin sentiment analizin əsas məsələləri və səviyyələri tədqiq olunmuşdur.Mövcud problemlər və həll yolları təhlil edilmişdir.

Cite this record

Məkrufə Hacırəhimova, Mərziyə İsmayılova (2020). SENTİMENT ANALİZ: PROBLEMLƏRİ VƏ HƏLLİ YOLLARI. Problems of Information Technology, 11(2), 111–123. https://doi.org/10.25045/jpit.v11.i2.11

Copy in another style

Hacırəhimova, M., & İsmayılova, M. (2020). SENTİMENT ANALİZ: PROBLEMLƏRİ VƏ HƏLLİ YOLLARI. Problems of Information Technology, 11(2), 111–123. https://doi.org/10.25045/jpit.v11.i2.11
Author names are used as deposited, so check their order before you submit.

Metadata is harvested from open-access indexes and can be incomplete. Check a citation against the published version before relying on it — see our open access & attribution policy.